“Azərbaycan yığması daha çox faydalanacaq”

“Azərbaycan yığması daha çox faydalanacaq”
Digər, Güləş
14 Yanvar 2021 - 16:51
Türkiyənin tanınmış yunan-Roma güləşçisi Rıza Kayaalp Azərbaycan millisi ilə keçirdikləri təlim-məşq toplanışını dəyərləndirib.

Supersport.Az xəbər verir ki, "Anadolu" agentliyinə açıqlama verən 4 qat dünya və 9 qat Avropa çempionu hazırlıq prosesindən məmnun qaldığını bildirib.

Azərbaycan və Türkiyə yığmaları 15 - 17 yanvarda Fransanın Nitsa şəhərində keçiriləcək Qran-pridə iştirak edəcək. 32 yaşlı təcrübəli güləşçi gənc idmançıların məşqlərə qoşulduğunu söyləyib:

"Məşq ortağı barədə problemim yoxdur. Azərbaycan yığması ilə birlikdə məşq etmək yaxşıdır. Fərqli güləşirik. Onların da bizə faydası var, amma bu məşqlər daha çox onlar üçün faydalıdır.

Özüm aqressiv üsluba sahib olduğumdan, azərbaycanlı rəqiblərimiz bu cəhətləri inkişaf etdirirlər. Vacib olan özümüzü inkişaf etdirmək, bir-birimizdən faydalanmaq və dostlarla məşq etməkdir".

Digər xəbərlər