Makedoniyalı futbolçu Azərbaycanı seçir

Makedoniyalı futbolçu Azərbaycanı seçir
Futbol
12 Yanvar 2021 - 00:41
Şimali Makedoniyanın “Vardar” klubunun futbolçusu Boyan Naydenov karyerasını Azərbaycanda davam etdirə bilər.

Supersport.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Səbail”in maraq dairəsinə düşüb. Hazırda bir neçə komandanın şimali makedoniyalı oyunçu ilə maraqlandığı, amma onun “dənizçilər”lə müqavilə bağlama ehtimalının yüksək olduğu bildirilib.

Qeyd edək ki, B.Naydenov daha əvvəl ölkəsinin “Horizont”, “Miravçi”, “Rabotniçki”, Misirin “Smuha”, İranın “İstiqlal” və Albaniyanın “Laçi” klublarında çıxış edib.

Digər xəbərlər