Azərbaycanda qış transfer pəncərəsi açıldı

Azərbaycanda qış transfer pəncərəsi açıldı
Futbol
10 Yanvar 2021 - 17:22
Bu gün Azərbaycanda qış transfer pəncərəsi açılıb.

Supersport.Az xəbər verir ki, klublar 2020/21 mövsümünün qış fasiləsindəki transferləri bugündən qeydiyyatdan keçirə bilərlər.

Peşəkar Futbol Liqasının qərarına əsasən, bu dəfəki transfer dövrü 32 günü əhatə edəcək. Klublar yeni oyunçularının keçidini fevralın 10-dək rəsmiləşdirə biləcəklər.

Azərbaycanda 2020/2021-ci illər mövsümünün yay transfer pəncərəsi 03.08.2020 - 05.10.2020 tarixlərini əhatə edib.

Digər xəbərlər