Zaur Axundov Yunis Hüseynovu da istefaya göndərə bilər

Zaur Axundov Yunis Hüseynovu da istefaya göndərə bilər
Futbol, Eksklüziv
10 Yanvar 2021 - 09:38
Supersport.Az-ın əldə etdiyi məlumata görə, “Keşlə”nin rəhbəri Zaur Axundov baş məşqçi Yunis Hüseynovun fəaliyyətindən narazıdır.

Məsələ burasındadır ki, Avrokuboklara vəsiqə qazanmağı qarşısına məqsəd qoyan paytaxt klubu, hazırda autsayderlər sırasında qərarlaşıb. “Keşlə” 8 komandanın yarışdığı çempionatda 13 oyundan 13 xalla 7-ci pillədədir.

Qış fasiləsindən sonra 55 yaşlı mütəxəssis Yunis Hüseynov dönüş edə bilməsə, onunla yollar ayrılacaq.

 

 

Digər xəbərlər