Canni De Byazidən uğurlu nəticə gözlənilmir

Canni De Byazidən uğurlu nəticə gözlənilmir
Futbol
05 Yanvar 2021 - 00:43
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

Supersport.Az xəbər verir ki, püşkatmaya 5-ci səbətdə qatılan Azərbaycan millisinin də seçmə mərhələdəki rəqibləri müəyyənləşib.

Yığmamız A qrupunda yer alıb. İtaliyalı Canni de Byazinin baş məşqçisi olduğu millinin qrupunda 5 komanda mübarizə aparacaq. Yığmamız Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq ilə üz-üzə gələcək.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a bildirib ki, komandadan dünya çempionatında uğur gözləmək çətin məsələdir:

“Komandamız qrup mərhələsində özündən güclü dörd rəqiblə oynayacaq. Millimizin baş məşqçisi Canni De Byazi öz işini göstərə bilməyib və üç-dörd aya da möcüzə edəcəyinə inanmıram.

Bu mərhələdə yığma komandamızın sadəcə xal qazanmağını proqnozlaşdırmaq olar. Milli komandamızda səviyyəli futbolçu qıtlığı var”.

Digər xəbərlər