Supersport.Az-ın məlumatına görə, Yaponiyanın baş naziri Yoşihide Suqa Tokio Olimpiadası haqda açıqlama verib. O, bildirib ki, təxirə salınan oyunlar 2021-ci ildə koronavirus olmasına rəğmən keçiriləcək.
“Olimpiada mütləq təşkil olunacaq. Baxmayaraq ki, pandemiya var. İnanıram ki, oyunlar təhlükəsiz olacaq və dünyanın həmrəylik simvoluna çevriləcək”.