“Azərbaycan premyer liqası daha aşağı səviyyədədir” - De Byazi

“Azərbaycan premyer liqası daha aşağı səviyyədədir” - De Byazi
Futbol
30 Dekabr 2020 - 14:24
Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi İrlandiya mediasına açıqlamasında futbolumuzu tənqid edib.

Supersport.Az xəbər verir ki, italiyalı mütəxəssis milli komandamızla DÇ-2022-nin seçmə mərhələsində mübarizə aparacaq irlandiyalı futbolçuların ölkə xaricində çıxış etməsinə diqqət çəkib.

Baş məşqçi, bunun üstünlük olduğunu bildirib:

"Sizin "Liverpul"da çıxış edən qapıçınız var. Belə komandada 22 yaşlı qapıçının olması yığma üçün yaxşıdır.


Azərbaycanda isə oyunçular yerli çempionatda çıxış edir. İrlandiya millisinin oyunçuları İngiltərədə oynayır.

Azərbaycandakı çempionat İngiltərədəki liqalarla müqayisədə daha aşağı səviyyədədir. Texniki səviyyə yaxşıdır, lakin rəqabət azdır".

 

Digər xəbərlər