Premyer Liqamızda oyun koronavirus səbəbindən təxirə düşdü

Premyer Liqamızda oyun koronavirus səbəbindən təxirə düşdü
Futbol
27 Noyabr 2020 - 19:09
Azərbaycan Premyer Liqasında daha bir oyun təxirə salınıb.

Supersport.Az PFL-in saytına istinadən xəbər verir ki, 11-ci turun sabah keçirilməli olan “Sumqayıt” - “Qəbələ” oyunu baş tutmayacaq.
Buna koronavirusa yoluxan bəzi futbolçuların yenidən testdən keçəcəyi səbəb göstərilir. Qeyri-müəyyən müddətə təxirə salınan oyunun tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası tərəfindən veriləcək.

Digər xəbərlər