“Qarabağ” qardaş ölkəyə gedəcək

“Qarabağ” qardaş ölkəyə gedəcək
Futbol
23 Noyabr 2020 - 19:21
Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Sivasspor”la qarşılaşacaq “Qarabağ”ın Türkiyəyə səfər planı müəyyənləşib.

Supersport.Az xəbər verir ki, Qurban Qurbanovun komandası oyundan bir gün əvvəl - noyabrın 25-də İstanbula gedəcək.

Ağdam təmsilçisini aparacaq təyyarənin saat 12:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından havaya qalxacağı nəzərdə tutulub.

Qeyd edək ki, noyabrın 26-da İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Sivasspor” görüşü Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Digər xəbərlər