"Qarabağ" - "Sivasspor" matçının məkanı

"Qarabağ" - "Sivasspor" matçının məkanı
Futbol
14 Noyabr 2020 - 17:11
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Sivasspor"u qəbul edəcəyi matçın məkanı açıqlanıb.

Supersport.Az UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycanda hərbi vəziyyət olması səbəbindən oyun Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək.

Bundan əvvəl "Qarabağ" "Sivasspor"la qarşılaşmanın Bakıda təşkil edilməsi üçün UEFA-ya müraciət ünvanlamışdı.

Ağdam təmsilçisinin 2-ci turda “Vilyarreal”ı qəbul etdiyi oyun da (1:3) sözügedən stadionda baş tutmuşdu.

Qeyd edək ki, 26 noyabrda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Digər xəbərlər