“Qarabağ”ın ev oyunu Türkiyədə keçiriləcək

“Qarabağ”ın ev oyunu Türkiyədə keçiriləcək
Futbol
22 Oktyabr 2020 - 23:12
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Vilyarreal"la ev oyunu oktyabrın 29-da Türkiyədə keçiriləcək.

Supersport.Az məlumat verir ki, Ağdam klubunun rəsmi saytı bununla bağlı açıqlama yayıb.

“Hazırda ölkəmizin bütün cəbhəboyu əks-hücum əməliyyatları uğurla davam edir və ölkəmizdə hərbi vəziyyət elan edilib.

Məlum olduğu kimi, iki gün öncə UEFA İcraiyyə Komitəsi ölkəmizdə vəziyyəti nəzərə alaraq, "Qarabağ"ın qrup mərhələsində ilk ev oyununu neytral meydanda keçirilməsi ilə bağlı qərar qəbul edib. "Vilyarreal"la matçının hansı ölkədə keçirilməsi ilə bağlı UEFA tərəfindən bir neçə ölkə klubumuza təqdim edilmişdir.

Lakin həmin ölkələrdə klubumuzun təhlükəsizliyi, klubumuza qarşı hər hansı bir təxribat olması ehtimalı və digər məsələləri nəzərə alan klubumuz tərəfindən anında UEFA-ya məlumat verilib və "Vilyarreal"la matçın hər zaman öz dəstəyi ilə yanımızda olan Türkiyədə keçirilməsi üçün tutarlı əsaslarla müraciət göndərilib və UEFA tərəfindən müsbət qarşılanıb”.

Digər xəbərlər