Azərbaycanda futbolçulardan ismarıc: "Bir ölər, min dirilərik!" - Foto

Azərbaycanda futbolçulardan ismarıc: "Bir ölər, min dirilərik!" - Foto
Futbol, Foto
17 Oktyabr 2020 - 17:37


Azərbaycan Premyer Liqasının 6-cı turunda daha bir oyunda Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycan Ordusuna dəstək xarakterli pankart açılıb.

Supersport.Az xəbər verir ki, "Azərsun Arena"da təşkil olunan "Qarabağ" - "Qəbələ" matçında stadionun tribunalarına "Qarabağ Azərbaycandır!" pankartı və Azərbaycan bayraqları asılıb.


Komandalar meydana xüsusi hazırlanan, üzərində "Bir ölər, min dirilərik" sözləri yazılan maska ilə çıxıblar. Maskalarda şəhid generalımız Polad Həşimov və Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə atdığı raket nəticəsində xəsarət alan 5 yaşlı Ömər Nəsirovun şəkli yer alıb.

Futbolçular əllərində "Əmrinizdəyik, cənab Ali Baş Komandan" pankartı ilə Azərbaycan himnini oxuyublar.

Digər xəbərlər