Eksklüziv: “Qarabağ”ın səfərinə 40 min avro

Futbol, Eksklüziv
13 Sentyabr 2020 - 09:41
Supersport.Az-a Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Molde”ni Kiprdə qəbul edəcək “Qarabağ”ın səfər vaxtı açıqlanıb.
Azərbaycanın səkkizqat çempionu, sentyabrın 15-də çarter reysilə oyunun keçiriləcəyi Larnaka şəhərinə gedəcək. Komandanın üç saat sonra çatacağı gözlənilir.
“Qarabağ”ın səfər xərclərinin bir hissəsini UEFA ödəyəcək. Supersport.Az-a bu haqda klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Qitə qurumu, səfərə çarter reysilə yollanacaq Ağdam komandasına 40 min avro vəsait ayırıb.
UEFA-nın məqsədi koronavirusla bağlı klub üzvlərinin təhlükəsizliyinin təminatıdır. Məsələ burasındadır ki, bir neçə təyyarəylə səfərə getmək böyük riskdir.
“Qarabağ” - “Molde” qarşılaşması sentyabrın 16-da, saat 21:00-da başlayacaq.
Qeyd edək ki, püşkə əsasən, oyun Bakıda keçirilməli idi. Lakin "Molde" klubu Azərbaycandan dönüşdə Norveçdə 10 günlük karantinə alınacağını bildirərək matçın neytral meydanda oynanılmasını xahiş etmişdi. “Qarabağ” faktlara əsaslanaraq, UEFA, rəqib komandaya oyunun Bakıda keçirilməsinin labüdlüyünü çatdırsa da, qitə qurumu Azərbaycan təmsilçisinə qarşı haqsız qərar verdi.

Digər xəbərlər

Dünya çempionatında final uğrunda mübarizə: Azərbaycan - Monteneqro

Video: "Qarabağ"ın prezidenti Tahir Gözəl: "Qəzzədə insanların vəziyyəti ürəyimizi ağrıdır, yəhudilər müharibəni dayandırmalıdır"