Avroliqa: “Şaxtyor”la “Sevilya” yarımfinalda

Avroliqa: “Şaxtyor”la “Sevilya” yarımfinalda
Futbol
11 Avqust 2020 - 10:59
Avropa Liqasında 1/4 final mərhələsi yekunlaşıb.

Supersport.Az xəbər verir ki, sonuncu oyun günündə daha 2 matç keçirilib.

Ukrayna “Şaxtyor”u “Bazel”i asan keçib.

“Sevilya” “Vulverhempton”u son dəqiqələrdə vurduğu yeganə qolla mübarizədən kənarlaşdırıb.

Dünən "İnter" və "Mançester Yunayted" yarımfinala yüksəlib.

Beləliklə, avqustun 16-da yarımfinal mərhələsində “Sevilya” “Mançester Yunayted”lə üz-üzə gələcək. Bundan bir gün sonra isə “İnter”lə “Şaxtyor” qarşılaşacaq.

11 avqust

Avropa Liqası. 1/4 final

Şaxtyor (Donetsk, Ukrayna) – Bazel (İsveçrə) 4:1

Qol: Moraes, 2. Tayson, 22. Patrik, 75-pen. Dodo, 88 – Volfsvinkel, 90+2.

Vulverhempton (İngiltərə) – Sevilya (İspaniya) 0:1

Qol: Okampos, 88.

10 avqust

23:00. "Mançester Yunayted" - "Kopenhagen" - 1:0

23:00 "İnter" - "Bayer" (Leverkuzen) - 2:1

Digər xəbərlər