Dörd futbol klubumuza yaşıl işıq - məşqlərə icazə verildi

Dörd futbol klubumuza yaşıl işıq - məşqlərə icazə verildi
Futbol
07 İyul 2020 - 15:04
Supersport.Az-ın məlumatına görə, Azərbaycanın dörd futbol klubuna məşqlərə başlamağa icazə verilib.

Avrokuboklarda mübarizə aparacaq "Qarabağ", "Neftçi", "Keşlə""Sumqayıt" hazırlığa start verəcək. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən buna razılıq verilib.

Gənclər və İdman Nazirliyilə AFFA-nın köməyi sayəsində bu mümkün olub.

GİN Olimpiya İdman Komplekslərində komandaların məşq etməsini təmin edəcək.

Klubların Qəbələyə yollanacağı gözlənilir.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında ilk oyununu avqustun 18 və ya 19-da, Avropa Liqasında təmsilçilərimizdən "Neftçi", "Keşlə"ylə "Sumqayıt" isə 27 avqustda keçirəcək.

 

Digər xəbərlər