"Qarabağ" Geryenin qayıdışını şeirlə təqdim etdi

"Qarabağ" Geryenin qayıdışını şeirlə təqdim etdi
Futbol
02 İyul 2020 - 15:51
“Qarabağ” sabiq müdafiəçisi Donald Geryenin qayıdışını elan edib.

Supersport.Az saytının məlumatına görə, klubun sosial şəbəkələrdəki rəsmi səhifələrində haitili futbolçunun üzündə “Qarabağ”ın adının və loqosunun həkk olunduğu maskadakı şəkli və bu sözlər paylaşılıb:

Bir sevdasan səni sevdik ürəklə

Xətalarım sənə dönür çiçəklə

Ağaları zaman alır küləklə

Bir könüldən min könülə Qarabağ!

Xatırladaq ki, D.Gerye ötən il “Qarabağ”la başa çatan müqavilənin müddətini uzatmayaraq “Neftçi”yə keçib. Bu mövsüm isə onun “ağ-qaralarla” müqaviləsi başa çatıb.

Digər xəbərlər