14307 test - 19 yoluxma

14307 test - 19 yoluxma
Futbol
30 İyun 2020 - 11:33
İngiltərə Premyer Liqasında mübarizə aparan klubların futbolçuları növbəti dəfə koronavirus testi verib.

Supersport.Az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Məlumatda, 20 klubda 22-28 iyun aralığında bütovlükdə 2250 nəfərin testdən keçdiyi bildirilib. Testlər nəticəsində bir nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan şəxsin adı və klubu məlum deyil. Onun 7 gün karantində qalacağı bildirilir.

Premyer Liqa klublarından indiyə qədər bütövlükdə 14307 test götürülüb, onlardan 19-nun nəticəsi müsbət çıxıb.

Digər xəbərlər