"Emil Balayevin adının "Qarabağ"la bağlı çəkilməsi normaldır"

"Emil Balayevin adının "Qarabağ"la bağlı çəkilməsi normaldır"
Futbol
27 İyun 2020 - 12:31

"Qarabağ" klubu millinin qolkiperi Emil Balayevin komandaya keçib-keçməcəyinə münasibət bildirib.


Supersport.Az-a açıqlamasında Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bu haqda danışıb:


"Emil, bizim keçmiş futbolçumuz olub, milli komandanın qapıçısıdır. Onun adının "Qarabağ"la bağlı çəkilməsi normaldır. Bildirim ki, klubumuz Emillə müqavilə imzalamayıb".


Qeyd edək ki, "Zirə"ylə müqaviləsi başa çatan Emil Balayevin "Qarabağ"a keçəcəyi haqda xəbər yayılıb. Qolkiperin Ağdam təmsilçisinə keçdiyi "transfermarkt" portalında qeyd edilib.


26 yaşlı qapıçı, son mövsüm erməni Qriqori Babayanın Qazaxıstanın "Tobol" klubuna baş məşqçi təyin olunmasından sonra komandadan ayrılıb.


Digər xəbərlər