UEFA Çempionlar Liqası finalını İstanbuldan aldı

UEFA Çempionlar Liqası finalını İstanbuldan aldı
Futbol
17 İyun 2020 - 17:49
Supersport.Az-ın məlumatına görə, UEFA pandemiya səbəbindən Çempionlar Liqasının builki finalını İstanbuldan alaraq Portuqaliyanın Lissabon şəhərinə verib. 8 komanda 12-23 avqustda azarkeşsiz mübarizəni davam etdirəcək.

Çempionlar Liqasının gələn il keçiriləcək azarkeşli finalı isə İstanbula verilib.

Avropa Liqası da "səkkizlər finalı" formatında keçiriləcək. 1/4 finaldan başlayacaq görüşlər Almaniyanın Köln, Düsseldorf, Duysburq və Gelzenkirxen şəhərlərində keçiriləcək. Final matçı isə avqustun 21-i Kölndə olacaq.

Bu qərarlar UEFA İcraiyyə Komitəsinin bugünkü iclasından sonra rəsmən açıqlanıb.

 

Digər xəbərlər