Azərbaycanda futbola icazə verildi
Futbol
29 May 2020 - 18:36
31 may saat 00.00-dan etibarən Azərbaycanda açıq havada keçirilən idman yarışlarının təşkilinə icazə verilib.
Supersport.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu isə o deməkdir ki, ölkədəki futbol çempionatları davam edə bilər.
Yarışlarda tamaşaçıların iştirakına isə icazə verilmir.
Xatırladaq ki, koronavirus pandemiyasına görə mart ayından ölkəmizdə futbol yarışları dayandırılıb.