Eksklüziv: Azərbaycanın futbol çempionatı başlayacaq

Eksklüziv: Azərbaycanın futbol çempionatı başlayacaq
Futbol, Eksklüziv
23 Aprel 2020 - 21:49
Supersport.Az-a Azərbaycan Premyer Liqasının bərpa vaxtıyla bağlı xəbər daxil olub.

Dünyada geniş yayılmış koronavirus pandemiyası səbəbindən ölkəmizdə də futbol çempionatı martda dayandırılıb. Ötən ayın 13-də premyer liqa təxirə salınıb.

Azərbaycan Respublikasının baş naziri Əli Əsədovun qərarına əsasən, aprelin 20-də karantin rejiminin vaxtı mayın 4-dək artırılıb. Buna görə də ölkədə bütün tədbirlərin təxirə salınma müddəti uzadılıb.

Supersport.Az-a verilən məlumatda bildirilir ki, AFFA, PFL futbol çempionatının startıyla bağlı işlər görür.

Mayın 5-də klubların məşqlərə start verməsi planlaşdırılıb. Komandaların 10 günlük hazırlığının ardından çempionata başlanılacaq.

Mayın ortaları və ya sonra Premyer Liqanın startı nəzərdə tutulub. Turun oyunları üç gündən bir azarkeşsiz keçiriləcək. İyunda milli çempionatın başa çatdırılacağı gözlənilir.

Xatırladaq ki, Premyer Liqamız 28 turdan ibarətdir, artıq 20 tur arxada qalıb. "Qarabağ" 45 xalla liderdir. "Neftçi" 8 xal geridə olmaqla ikincidir. "Keşlə" 30 xalla üçüncüdür. 

 

Digər xəbərlər