UEFA-dan qərar: "Qarabağ" çempion elan oluna bilər

UEFA-dan qərar: "Qarabağ" çempion elan oluna bilər
Futbol
23 Aprel 2020 - 16:49
Supersport.Az xəbər verir ki, UEFA-nın videokonfrans formatında olan iclasında koronavirus pandemiyasına görə dayandırılan milli çempionatların gələcəyi müzakirə olunub.

Yarışların avqustun 3-dək başa çatdırılması məsləhət görülüb.
UEFA, ölkələrin futbol qurumlarının sona kimi çempionatları davam etdirəcəyinə, ədalətli mübarizəylə çempionun, avrokubok iştirakçılarının müəyyən olunacağına inandığını bəyan edib.




Qitə qurumu mövsüm tamamlanmasa, idman prinsiplərinə əməl etməklə Avropa yarışlarına gedən komandaların indiki xallara əsasən müəyyən ediləcəyini bildirib.


Azərbaycanın yeddiqat birincisi "Qarabağ" hazırda lider olduğundan yarış başa çatdırılmasa, çempion elan olunaraq Çempionlar Liqasına qatılacaq.





Play-off, play-out formatlarına da razılıq verən qitə qurumu, bu məsələdəə federasiyaları müstəqil buraxacaq.





Digər xəbərlər