Ramil Quliyev: "Dünyanı xilas etməyin yolu evdə qalmaqdır"

Atletika, Digər
17 Aprel 2020 - 21:18
Təcrübəli atlet Tokio Yay Olimpiya Oyunlarının təxirə salınmasına da münasibət bildirib:
"Olimpiya Oyunları üçün yaxşı hazırlaşırdıq, amma virusa görə təxirə salındı. Həyatımızda belə şeylər ola bilər. Daha çox vaxt qazandıq. Ən böyük hədəfimiz olan olimpiada olduğu üçün növbəti ilə qədər daha ciddi hazırlaşa bilərik. Bəlkə məşqçimiz hazırlıq prosesində dəyişikliklər etdi".
Ramil Quliyev "Evdə qal" aksiyasına qoşulub:
"Bu vaxtlar sadəcə özümüz üçün yox, hər kəs üçün önəmlidir. Hamını xilas etməyə çalışmalıyıq. Dünyanı xilas etmək üçün sadəcə evdə qalmalıyıq. Evdə qalsaq, bu pandemiya daha tez bitər".
Qeyd edək ki, Ramil Quliyev İngiltərədə dünya çempionluğunu 2017-ci ildə qazanıb. 2018-ci ildə isə o, Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.