AFFA referilərə qonorar verəcək

AFFA referilərə qonorar verəcək
Futbol
17 Aprel 2020 - 01:55
AFFA  hakimlərə koronavirus pandemiyası səbəbindən yaranmış vəziyyətlə əlaqədar kompensasiya ödəyəcək.

Supersport.Az xəbər verir ki, bu barədə AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin avstriyalı sədri Frits Ştuxlik ölkəsinin mətbuatına açıqlamasında deyib.

O, bildirib ki, 2019-cu ilin yayından hakimliklərə kompensiyaya veriləcək. Ştixlik həmin vaxtdan indiyə kimi oyun idarə etməyən referilərə də yardım ediləcəyini söyləyib:

"Azərbaycanda hakimlərin 95 faizi qonorarla dolanır və hazırda dövlət onlara dəstək olur. Bu isə o deməkdir ki, vergi ödəyən hamı və futbol assosiasiyasından mükafat alan hər kəs dövlətdən dəstək alır. Hakimlərin 2019-cu ilin yayından bəri orta hesabla nə qədər qazanmaqlarından asılı olmayaraq, hamıya pul paylanacaq. Çünki hazırda çempionatların dayanması onların günahı deyil".

Digər xəbərlər