Koronavirusun çökdürdüyü ölkədə futbol liqasının gələcəyi sual altında

Koronavirusun çökdürdüyü ölkədə futbol liqasının gələcəyi sual altında
Futbol
15 Aprel 2020 - 01:54


Supersport.Az-ın məlumatına görə, koronavirusun daha çox zərbə vurduğu ABŞ-da futbol liqasının bərpası sual altındadır.

Çempionatın mayda davam etdirilməsinin mümkün olmadığı bəyan edilib.

Tibb mütəxəssislərinin rəyinə əsasən belə qərar verilib.

Məlumat üçün bildirək ki, dünyada 1 milyon 990 min 746 insan koronavirusa yoluxub, 125 min 919-u vəfat edib, 466 min 997-si sağalıb. ABŞ həm yoluxma baxımından (610 min 234 nəfər), həm də ölüm sayında (25 min 839 nəfər) birincidir. Ötən gün Amerikada 2199 insan dünyasını dəyişib.


Digər xəbərlər