"İslam dinində xilas yolunu tapdım"

"İslam dinində xilas yolunu tapdım"
Futbol
11 Aprel 2020 - 21:10
Supersport.Az-ın məlumatına görə, "Qalatasaray"ın sabiq oyunçusu Abel Şavyer açıqlama verib.

47 yaşlı portuqaliyalı futbolçu, Türkiyə klubunda oynadığı müddətdə seçdiyi İslam dininin xilas yolu olduğunu bildirib:

"Ən çətin vaxtlarımda İslamı seçməklə xilas oldum. Bu dinin sülh, bərabərlik, azadlıq və ümidi öyrətdiyini başa düşdüm. Bunu özümdə anladım. Mənə Abel, Faysal və ya Abel Faysal Şavyer deyə bilərsiniz.

20 illik karyeramda çoxları məni tanımırdı. Daxilimdə partlamağa hazır olan vulkan vardı. 2003-cü ildə "Qalatasaray"da çıxış edərkən İslami cəmiyyətdə yaşayırdım. Bu dini seçmək həyatımın dönüş nöqtəsi oldu. Əvvəlcə xrisitian olsam da, qurtuluşu İslamda tapdım. Başıma gələn hər şeylə mübarizə aparmaq gücü verdi mənə. İslamı seçməklə qazanc əldə etdim. Karyeramı davam etdirsəydim İslamın şərtlərini tam yerinə yetirmək çətin olardı. Məsələn, oruc tuta bilməzdim".

Qeyd edək ki, Portuqaliya yığmasının sabiq üzvü karyerasında "Benfika", "Everton", "Liverpul", "Hannover", "Roma" və başqa klublarda forma geyinib. 

Digər xəbərlər