FİFA prezidenti: "Sağlamlıq futboldan vacibdir"

FİFA prezidenti: "Sağlamlıq futboldan vacibdir"
Futbol
03 Aprel 2020 - 12:30

Supersport.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, FİFA prezidenti Canni İnfantino koronavirus pandemiyasının təsirindən danışıb.


Qurum rəhbəri, bildirib ki, futboldan əvvəl insanların sağlamlığı mühümdür:


"Təkəbbür futbolu tərk edəcək və xoş niyyət gələcək. Biz daha insanpərvər, ən vacib dəyərlərə daha diqqətli olacağıq. Təbii ki, hamımız futbolun yenidən başlamasını istəyirik. Ancaq bunun nə zaman gerçəkləşəcəyini bilmirik. Sağlamlıq hər şeydən əvvəl gəlir. Bu pandemiyaya qalib gələnə qədər də əsas məqsədimiz məhz sağlamlığın qorunmasıdır. Səhiyyə əməkdaşlarının tələblərinə əməl etmək lazımdır. Heç bir oyun insan həyatından önəmli deyil. Gələcəklə bağlı hazırlıqlarımı bu düşüncə ilə görürük. Xüsusi qrupumuz yaxın zamanlarda klubları, futbolçuları qoruyacaq fikirlərini açıqlayacaq".

Digər xəbərlər