Futbol qurumu fəaliyyətini dondurdu: 400 işçi kənarlaşdırıldı

Futbol qurumu fəaliyyətini dondurdu: 400 işçi kənarlaşdırıldı
Futbol
29 Mart 2020 - 01:52
Uruqvay Futbol Assosiasiyası (AUF) milli komandanın baş məşqçisi Oskar Tabareslə yolları ayırıb.

Supersport.Az qurumun saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyasına görə AUF-un maliyyə problemləri ilə üzləşməsi səbəb olub. 73 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib. Tabareslə yanaşı, AUF-un 400 əməkdaşı da işdən azad olunub.
Qeyd edək ki, Oskar Tabares 2006-cı ildən Uruqvay millisinə başçılıq edirdi. Onun rəhbərliyi altında komanda Amerika kuboku-2011-in qalibi olub.

Digər xəbərlər