"Valensiya"da koronavirus dəhşəti

"Valensiya"da koronavirus dəhşəti
Futbol
28 Mart 2020 - 16:58
"Valensiya"da koronavirusa yoluxanların sayı sürətlə artıb.


Supersport.Az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, klubda 10 futbolçunun, 15 işçinin testləri müsbət nəticə verib.


Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyununda İtaliyada "Atalanta"ya 1:4 hesabı ilə məğlub olan "Valensiya"da həmin qarşılaşmada koronavirusa yoluxduğu bildirilir.


Atalanta’s Josip Ilicic, left, and Valencia’s Geoffrey Kondogbia in action during the UEFA Champions League round of 16 second leg match in Valencia, Spain on Tuesday.


İspaniya klubunda əvvəlcə klubun 5 üzvü - Esekyel Qaray, Elyakim Manqala, Xose Qayya, habelə, məşqçi Pako Kamarasa və həkim Xuan Alyaqanın bu xəstəliyə yoluxduğu bilinirdi. Koronavirusa tutulanların sayı 25-ə çatıb.


A general view of the UEFA Champions League round of 16 second leg match between Valencia CF and Atalanta BC in Valencia on Tuesday.


Komanda ÇL-in 1/8 final mərhələsinin cavab görüşündə rəqibinə 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.


Digər xəbərlər