İtaliyanın keçmiş nazirindən koronavirusla mübarizəyə 10 milyon avro

İtaliyanın keçmiş nazirindən koronavirusla mübarizəyə 10 milyon avro
Futbol
18 Mart 2020 - 09:25
Supersport.Az-ın məlumatına görə, İtaliyanın keçmiş baş naziri, "Milan"ın sabiq prezidenti Silvio Berluskoni ölkədə koronavirusla mübarizəyə 10 milyon avro ayırıb.

"Mən mübarizəyə 10 milyon avro ayırmağa qərar verdim. Lombardiya bölgəsində 400 nəfər intensiv mülaicə olunacaq" - deyə, o, bildirib.

Dünyada 7000 mindən çox insan koronavirusdan ölüb. Avropada dəhşətli vəziyyət İtaliyada davam edir. Bu ölkədə vəfat edən 2100 nəfərin 1420-si Lombardiyadandır. Adıçəkilən vilayətin əhalisi 10 milyondan çoxdur.

Qeyd edək ki, İtaliyada 31 min 506 insan virusa yoluxub, 2503-ü ölüb, 2941-i sağalıb. Bu səbəbdən idman yarışları təxirə salınıb. 

Digər xəbərlər