Tanınmış idman həkimimizdən koronavirusla bağlı həyəcan təbili - Foto

Tanınmış idman həkimimizdən koronavirusla bağlı həyəcan təbili - Foto
Digər, Cüdo, Foto
03 Mart 2020 - 01:26
Dünyanı narahat edən koronavirusa ölkəmizdə də yoluxanlara rast gəlinir.

Supersport.Az-ın məlumatına görə, tanınmış idman həkimi Rahim Məhərrəmov sosial şəbəkədə nsanlara məsləhət verib:

"Vəziyyət ciddiləşir, özünüzü qoruyun. İctimai, insanların cox olduğu yerlərdə qoruyucu maskalardan mütləq istifadə edin, tez-tez isti halda maye ( su, cay) qəbul edin. Əllərinizi tez-tez sabunla yaxşı yuyun, bir sözlə bacardığınız qədər özünüzü qoruyun..."

Qeyd edək ki, hazırda Azərbaycan Cüdo Federasiyasında çalışan doktor, əvvəllər Azərbaycanın futbol milli komandasında, "Şəmkir", "Karvan", "Əl-Vasl" (Birləşmiş Ərəb Əmirlikləri), "Neftçi" və "Qəbələ" klubunda fəaliyyət göstərib.

Digər xəbərlər