Supersport.Az - 11 yaş

Supersport.Az-ın fəaliyyətindən 11 il keçdi.
Portalımızın əsas məqsədi ölkəmizi təbliğ, idman həyatını peşəkar səviyyədə təqdim etməkdir.
Supersport.Az-ın məlumatlarından, videogörüntülərindən yerli və xarici mətbuat faydalanıb. Portalımız müxtəlif layihələr həyata keçirib.
Azərbaycanın Mətbuat Şurasının üzvü olan Supersport.Az-ın internet kanalı 5 il müddətində 8 milyon 700 mindən çox izlənilib. Pəhləvanımızın ermənini diz çökdürməsiylə bağlı videogörüntümüzə 1 milyondan artıq azarkeş baxıb.
UEFA-dan klublarımızın haqsız cəza almasının qarşısını almaq üçün, həmçinin Türkiyə, İngiltərə, Rusiya, Fransa və başqa ölkələrin mediasının saytımızın videogörüntülərindən istifadə etməsi sevindirici məqamlardandır.
Supersport.Az-ın fəaliyyətində jurnalistlərdən Bəxtiyar Məmmədov, Qalib Toğrul, Ramil Cəfərov, Şahin Oğuz, əməkdaşlarımızdan Süleyman Kərimov və Vüsal Şirəliyevin böyük rolu olub.
Supersport.Az yaxın gələcəkdə böyük planlar həyata keçirməyə çalışacaq.