Millimizə namizəd 1 milyon 750 minlik mütəxəssis istefa verə bilər

Millimizə namizəd 1 milyon 750 minlik mütəxəssis istefa verə bilər
Futbol
18 Fevral 2020 - 11:02
Azərbaycanın futbol yığmasının baş məşqçi vəzifəsinə namizəd olan mütəxəssisin istefası gündəmə gətirilib.

Supersport.Az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bazar günü derbidə "Qalatasaray"la qarşılaşmada xal itirəcəyi təqdirdə "Fenerbahçe"nin əsas çalışdırıcısı Ersun Yanal yola salına bilər.

Mütəxəssisin "Derbidə qələbə qazanmasaq, gedəcəyəm" dediyi bildirilir.

Klubunda illik qazancı 1 milyon 750 min avro olan məşqçi, istefa versə, qalan 525 mini ala bilməyəcək.

Digər xəbərlər