"Neftçi"nin baş məşqçisi: "Rəqibi hər cür təhlil etmişdik"

"Neftçi"nin baş məşqçisi: "Rəqibi hər cür təhlil etmişdik"
Futbol
17 Fevral 2020 - 09:03
Azərbaycan Premyer Liqasının 17-ci turunda "Keşlə"ni məğlub edən "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov mətbuat konfransında fikirlərini açıqlayıb.

O, qələbəni komandanı 90 dəqiqə dəstəkləyən azarkeşlərimizə, ümumiyyətlə, bütün "Neftçi” ailəsinə həsr etdiyini bildirib:

"Çətin oyun olacağını bilirdik. Çox ciddi hazırlaşmışdıq. Rəqibi hər cür təhlil etmişdik. Necə oynayacaqlarını bilirdik. Oyunumuzu da ona uyğun qurmuşduq. Qurduğumuz plan, futbolçuların meydandakı əzmkarlığı və tapşırıqları maksimum yerinə yetirməkləri qələbə ilə nəticələndi. Bu qələbəni 90 dəqiqə bizi dəstəkləyən azarkeşlərimizə, ümumiyyətlə, bütün "Neftçi” ailəsinə həsr edirik.

Mütəxəssis start heyətdə daha hazırlıqlı futbolçulara üstünlük verildiyini deyib:

"Oyunları təhlil edirik, kimin daha hazırlıqlı olduğunu nəzərə alıb start heyətini qururuq. Bu cür tempi qalan oyunlarda saxlamağa gəlincə, mən bura yeni gəlmişəm. Düzdür, komandanın içində idim. Deməzdm ki, bu onların tam potensialıdır. İşləməyə davam edib, daha yaxşı futbol nümayiş etdirməyə çalışacağıq".

Digər xəbərlər