Millimiz xorvatlara uduzdu

Millimiz xorvatlara uduzdu
Futzal, Futbol
30 Yanvar 2020 - 01:43
Azərbaycanın futzal millisi dünya çempionatının elit-raund mərhələsində ilk oyununda Xorvatiya yığmasıyla qarşılaşıb.

Supersport.Az-ın məlumatına görə, Osiek şəhərindəki "Qradski vrt Arena"da keçirilən matç xorvatların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

C qrupunda bu komandalardan başqa Rusiya və Slovakiya yığmaları da yer alıb. Reqlamentə əsasən, elit-raundda qrup qalibi olacaq 4 komanda birbaşa dünya çempionatına yüksələcək. Qrupları ikinci pillədə başa vuranlar isə "pley-off"da üz-üzə gələcəklər. Mundial 12 sentyabr - 4 oktyabrda Litvada təşkil olunacaq.
Xorvatiya - Azərbaycan - 2:0


Qollar: Luka Periç, 03:02. Franko Yelovçiç, 37:43.


Hakimlər: Angelo Galante, Nicola Manzione, Alessandro Malfer (hamısı İtaliya)


Osiek (Xorvatiya), "Qradski vrt Arena".

Digər xəbərlər