Elxan Məmmədov: "Çempionlar Liqasının finalına niyə ev sahibliyi etməyək?"

Elxan Məmmədov: "Çempionlar Liqasının finalına niyə ev sahibliyi etməyək?"
Futbol
27 Yanvar 2020 - 02:42
Supersport.Az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov Çempionlar Liqası finalının Azərbaycanda keçirilə biləcəyini bəyan edib.

Qurum rəsmisi, jurnalistlərə açıqlamasında deyib:

"Gələcəkdə Çempionlar Liqasının finalı Bakıda ola bilər. Artıq son illərdir ki, Bakı idman şəhərinə çevrilib. Paytaxtda dünya və Avropa çempionatları da təşkil olunur. Futbol da ən böyük idman növüdür. Avropa Liqasının finalını uğurlu keçirdik. Ümid edirəm ki, Avropa çempionatındakı 4 matçı da uğurla təşkil edəcəyik. Çempionlar Liqasının finalına niyə ev sahibliyi etməyək?"

Digər xəbərlər