Zaur Axundov: "Çirkin iş görənlər futboldan qovulur" - Video

Zaur Axundov: "Çirkin iş görənlər futboldan qovulur" - Video
Futbol, Eksklüziv, Video
12 Yanvar 2020 - 21:57
Supersport.Az-a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü, "Keşlə"nin rəhbəri Zaur Axundov danışılmış oyun iştirakçılarına qarşı sərt mübarizə aparıldığını bildirib.

O, iki il əvvəl çirkin oyunlarda əli olan klubun iki futbolçusunu qovduğunu xatırladaraq, hazırda da bu işlə məşğul olanlara ağır cəzalar verildiyini söyləyib:

"Çirkin oyunların iştirakçıları futboldan qovulur. İstər komandalar, istərsə də AFFA tərəfindən. Hansı klubda olmasından asılı olmayaraq danışılmış oyun iştirakçılarına qarşı sərt cəzalar davam etməlidir". 

Digər xəbərlər