Azərbaycan yığması Türkiyə seçməsiylə qarşılaşacaq: Şenol Güneş açıqladı

Azərbaycan yığması Türkiyə seçməsiylə qarşılaşacaq: Şenol Güneş açıqladı
Futbol, Eksklüziv
13 Dekabr 2019 - 20:18
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycanla Türkiyənin futbol yığmaları yoldaşlıq oyunu keçirəcək. 

Bu haqda qardaş ölkənin baş məşqçisi Şenol Güneş bildirib. 

Bakıda səfər zamanı müsbət qarşılandığını deyən təcrübəli mütəxəssis, hər iki seçmə komandanın dostluq matçının təşkilini mühüm hesab edib:  

"Bakıda stadionlara baxış keçirdim. Böyük sevgi gördüm. Bizi indidən bağırlarına basdılar. Avro-2020-nin final mərhələsinə hazırlıqla bağlı yenidən Bakıya səfər edəcəyəm. Mətbuat konfransı da keçirməyi düşünürəm. Azərbaycan və Türkiyə arasında dostluq oyununun təşkili çox yaxşı olardı. Evdə oynaycağımız duyğusunu bizə indidən yaşadırlar. Avropa çempionatı qarşılaşmalarında da möhtəşəm dəstək veriləcəyini bilirik. Buna görə şanslıyıq".

Xatırladaq ki, Avro-2020-nin final mərhələsinin ilk oyununda gələn il iyunun 12-də Romada İtaliyayla qarşılaşacaq Türkiyə yığması, növbəti iki görüşünü Bakıda - iyunun 17-də Uels, 4 gün sonra isə İsveçrəyə qarşı keçirəcək.

Süleyman Kərimov

Digər xəbərlər