Qurban Qurbanov: "Avroliqanı qələbəylə bitirmək istəyirik" - Video

Qurban Qurbanov: "Avroliqanı qələbəylə bitirmək istəyirik" - Video
Futbol, Video
11 Dekabr 2019 - 15:23
Supersport.Az Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində sabah "Düdelanj"ı qəbul edəcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, futbolçu Maksim Medvedevin fikirlərini təqdim edir.




"Son oyunumuzdur. Hiss olunur ki, maraq azdır. Oyuna ciddi hazırlaşırıq. İstəyirik, yaxşı hazırlaşaq və turniri qələbə ilə başa vuraq" deyən mütəxəssis, sualları cavablandırıb.
- Komandanı oyuna hazırlamaq çətindir?


- Mən azarkeşləri nəzərdə tuturdum. Komandanı hazırlamaq hər zaman çətindir. Rəqib tanıdığımız komandadır. Azarkeşlərimizi sevindirməyə çalışacağıq.


- Marağın az olmasının sizə nə dərəcədə təsiri olub?


- Bilirik ki, hər oyun ciddidir. Avrokubok oyunlarında stadionumuzun dolu olmasını istəyirəm. Düşünürəm ki, azarkeşlərin yenə də ürəyi bizimlə olacaq. Bəzən belə hallarla razılaşmalıyıq.


- İlk dəfə tam heyətlə oyuna hazırsınız. Bu durum sizdə acı gülmək yaradırmı?


- Belə deməzdim. Həmişə istəmişəm ki, bütün oyunlara tam heyətlə hazırlaşaq. Xayme komanda ilə məşq edir. Ola bilsin ki, əsas heyətə düşmək ehtimalı az olsun. Əvvəlki oyunlarla müqayisədə oyunçularımızın durumu yaxşıdır. Ən azı ilin sonunda sağlam istirahət edə biləcəklər.


- Lüksemburqdakı qələbə sizin üçün üstünlükdümü?


- Üstünlük öz meydanımızda oynamağımızdır. Düşünürəm ki, rəqib ilk oyundakı nəticəni nəzərə alıb daha yaxşı hazırlaşacaq. Doğma meydanımızda oynayacağıq.


Maksim Medvedev qrupdan çıxa bilməsələr də, yalnız qələbə üçün mübarizə aparacaqlarını bildirib, azarkeşləri komandaya dəstək olmağa çağırıb.  


"Baxmayaraq ki, şansımız yoxdur, son oyunumuzda yaxşı nəticə qazanmaq istəyirik. Oyunun önəmi böyük olmasa da, ən yaxşısını etməyə çalışacağıq. Bizim işimiz futbol oynamaqdır. Bu, azarkeşlər üçün bir növ şoudur. Biz də istərdik ki, stadion dolsun. Ancaq elə azarkeşlər var ki, bizim köhnə nəticələrimizə baxıb, gəlməyəcəklər. Əsl azarkeşlər yanımızda olmalıdır. Mən özüm azarkeş olsaydım, stadiona gələrdim".


Digər xəbərlər