“Qarabağ" - "Düdelanj": Son məşqlər, sorğu-sual

“Qarabağ" - "Düdelanj": Son məşqlər, sorğu-sual
Futbol
10 Dekabr 2019 - 11:58
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin VI turun matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Düdelanj" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub.

Dekabrın 11-i, saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında baş məşqçi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq.

“Qarabağ”ın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.


"Düdelanj"ın baş məşqçisi isə saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Lüksemburq təmsilçisinin son məşqi saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 

Digər xəbərlər