Qurban Qurbanovla Roberto Bordin dünya reytinqində irəlilədi

Qurban Qurbanovla Roberto Bordin dünya reytinqində irəlilədi
Futbol
09 Dekabr 2019 - 20:05
Dünyanın ən yaxşı 1000 klubunun siyahısında klublarımız geriləyib.

Supersport.Az-ın clubworldranking.com-a istinadən məlumatına görə, "Qarabağ"la "Neftçi" 4 pillə enib.

Ağdam klubu 1017 xalla 625-ci yeri 629-a, paytaxt təmsilçisi isə 818 xalla 680-cü pilləni 684-ə dəyişib.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasından fərqli olaraq reytinqdə irəliləyib. Bir pillə yüksələn mütəxəssis 1017 xalla 590-cıdır .

"Neftçi"nin baş məşqçisi Roberto Bordin də bir addım irəliləyib. İtaliyalı çalışdırıcı 818 xalla 671-cidir.

Digər xəbərlər