Azərbaycan taekvondoçusu Milad Beiqi Hərçəqani Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.
Supersport.Az saytının məlumatına görə, ikiqat dünya çempionu Moskvada keçirilən Qran-prinin finalına yüksəlməklə bu hüquqa yiyələnib.
80 kq çəkidə mübarizə aparan idmançı dünya reytinqindəki mövqeyinə əsasən Tokio-2020-də millinin heyətində yer alacaq. Hazırda dünyada ikinci olan Olimpiya mükafatçısının lisenziyası dekabrın sonunda rəsmiləşəcək. İlin son reytinqinə əsasən Olimpiadaya yollanacaq ilk taekvondoçuların adları da dəqiqləşəcək.