AFFA "Neftçi"nin baş məşqçisi Roberto Bordini cəzalandırdı

AFFA "Neftçi"nin baş məşqçisi Roberto Bordini cəzalandırdı
Futbol
04 Dekabr 2019 - 15:10
Supersport.Az-ın məlumatına görə, AFFA İntizam Komitəsinin növbəti iclasında Premyer Liqada və I divizionda baş vermiş neqativ hadisələrə hüquqi qiymət verilib.

XIII turun “Keşlə” – “Sumqayıt” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

XIII turun “Qəbələ” – “Zirə” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

XIII turun “Səbail” – “Neftçi” matçında “Səbail”in futbolçusu Eltun Yaqublu ilə “Neftçi”nin meneceri Qədir Həsənov arasında mübahisə baş verdiyi üçün hər iki şəxsə xəbərdarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə onları cəza gözləyir.

Oyun başa çatdıqdan sonra “Neftçi”nin azarkeşləri tərəfindən təhqiramiz ifadələr, qeyri-etik şüarlar səsləndiyinə görə klub 4000 azn cərimələnib.

“Neftçi”nin baş məşqçisi Roberto Bordin 4-cü sarı vərəqəsini aldığına görə 1 oyun cəzalanıb.

Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə olunub.

Digər xəbərlər