Qurban Qurbanov: "Çox yadımıza salsaq, gərginlikdən çıxa bilməyəcəyik" - Video

Qurban Qurbanov: "Çox yadımıza salsaq, gərginlikdən çıxa bilməyəcəyik" - Video
Futbol, Video
03 Dekabr 2019 - 07:00


Supersport.Az Azərbaycan Premyer Liqasının 13-cü turunda "Sabah"a qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb. 


"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə oldu. İstədiyimiz kimi oyun göstərmək mümkün deyildi. Oyunçular çox əziyyət çəkdilər. Rəqibin də yeni baş məşqçisinə uğurlar arzulayıram. Rəqibin fərqli oyun üslubu var idi. Məncə, bunu qarşıdakı oyunlarda daha aşkar görəcəyik. Onların yeni sistemdə tam oyunlarını göstərməyə vaxt lazımdır" - deyə o bildirib.

Q.Qurbanov "Avrokubok matçından sonra komanda gərginlikdən çıxa bilibmi" sualını belə cavablandırıb:

"Çox yadımıza salsaq, çətin vəziyyətdən çıxa bilməyəcəyik. Psixoloji gərginlik var, bunu hiss edirəm. Hər halda, qarşıdakı oyunlara baxmalıyıq".




 

Digər xəbərlər