"Qarabağ"ın zədəlilərindən yeni xəbər

"Qarabağ"ın zədəlilərindən yeni xəbər
Futbol
27 Noyabr 2019 - 19:16
Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda sabah "Sevilya"nın qonağı olacaq "Qarabağ"da oyun ərəfəsində zədəli futbolçuların son durumu müəyyənləşib.

Supersport.Az xəbər verir ki, Mahir Emreli və Dani Kintana sözügedən görüşə tam hazırdırlar. Maksim Medvedevin isə "Sevilya" ilə matçda meydana çıxıb-çıxmayacağı oyun günü məlum olacaq. Həkimlərin rəyi müsbət olsa, 30 yaşlı müdafiəçi oynayacaq. Zədəli Filip Ozobiç komandanın düşərgəsində olsa da, böyük ehtimalla oynamayacaq.

Xatırladaq ki, "Sevilya" – "Qarabağ" oyunu noyabrın 28-də "Ramon Sances Pisxuan" stadionunda keçiriləcək.

Digər xəbərlər