SOCAR-dan “Fənərbağça”ya 450 milyon avro iddiası

SOCAR-dan “Fənərbağça”ya 450 milyon avro iddiası
Futbol
22 Noyabr 2019 - 15:03
“Fənərbağça” brend adının dəyişəcəyi haqda sosial mediada yayılan xəbərlərə münasibət bildirib.

Supersport.Az-ın xəbərinə görə, klubun rəsmi açıqlamasında bildirilib ki, “Fənərbağça”nın adının 15 il müddətinə satılacağı ilə bağlı danışıqlara başlanılmasına dair xəbərlər həqiqəti əks etdirmir.

Qeyd edək ki, bu gün Türkiyənin bəzi media orqanlarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Fənərbağça” ilə danışıqlara başladığı iddia olunub. Bildirilib ki, tərəflər arasında razılıq əldə olunacağı halda, “Fənərbağça”nın adı “Fənərbağça SOCAR” və ya “Fənərbağça SC” olacaq və klubun bütün borcları silinəcək.

Tərəflər arasındakı razılaşmanın 15 illik olacağı və “Fənərbağça”nın 450 milyon avro gəlir əldə edəcəyi iddia edilib.

Süleyman Kərimov

Digər xəbərlər