Çempion 5 min dollar qazandı

Digər, Cüdo
11 Noyabr 2019 - 16:00


Ağır çəkili qadın cüdoçular arasında Ukraynanın mütləq çempionunu müəyyənləşdirmək üçün yarışan təmsilçimiz İrina Kindzerska vətənində məğlubedilməz olub. Qrupdakı üç görüşünü qələbə ilə başa vuran Kindzerska əvvəl yarımfinalda Qalina Tarasova, daha sonra finalda Yelizaveta Kalaninanı məğlub edərək ardıcıl üçüncü dəfə Ukraynanın mütləq çempionu olub.
Qeyd edək ki, bu nəticəyə görə İrina Kindzerska 5 min dollar mükafat alıb.