"Qarabağ"dan yeni rekord

"Qarabağ"dan yeni rekord
Futbol
30 Oktyabr 2019 - 19:07
“Qarabağ” Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb.

Supersport.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bunu Premyer Liqanın IX turunun “Səbail”lə görüşündə rəsmiləşdirib. 1:0 hesabı ilə qalib gələn Ağdam klubu ölkə çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyasını 29-a çatdırıb. Cari mövsümün heç bir görüşündə uduzmayan “Qarabağ” ötən çempionatın son 20 matçında da məğlub olmayıb. 2018-ci il oktyabrın 28-də keçirilən VIII turun “Neftçi” ilə səfər qarşılaşmasından (1:3) sonra son çempion 23 qələbə qazanıb və 6 heç-heçə edib.

Bu, texniki nəticələr nəzərə alınmamaqla Azərbaycan çempionatları tarixinin yeni rekordudur. Bunadək ən yüksək göstərici 1997-98-ci illərdə ardıcıl 28 matçda uduzmayan “Kəpəz”ə məxsus idi.

Digər xəbərlər