Çeçenistan Respublikasının Qroznı şəhərində “Füzuli” klubunun iştirakı ilə keçiriləcək Həvəskarlar Arasında (8×8 sitemi üzrə) III Rusiya Çempionatının püşk mərasimi keçirilib.
Supersport.Az-ın məlumatına görə, nəticələrə əsasən, Azərbaycan təmsilçisi “C” qrupunda “Mayns” (Qrsoznı, Rusiya), Lion (Moskva, Rusiya) və VGİK (Moskva Vilayəti, Rusiya) komandalarıyla mübarizə aparacaq.
Ruslar səhvə yol verərək, “Füzuli”ni Bakı klubu kimi təqdim ediblər. Püşkü keçirən şəxslər çempionatın Hakimlər Komitəsinin sədri Əfqan Həmzəyevin olduğunu bildirərək, buna görə zarafat olaraq “Füzuli”ni favorit hesab ediblər. 45 yaşlı bu şəxs çimərlik futbolunda FİFA referisidir.
A Qrupu | B Qrupu | C Qrupu | D Qrupu |
F1 (Pereslavl-Zelesskiy, Rusiya) | Olimp (Krasnodar, Rusiya) | Füzuli (Azərbaycan) | Buraşevo (Tver, Rusiya) |
Ştutqart (Qroznı, Rusiya) | Mançester Siti (Qroznı, Rusiya) | Mayns (Qroznı, Rusiya) | Valensiya (Qroznı, Rusiya) |
Axmat (Moskva, Rusiya) | Bavariya (Moskva, Rusiya) | Lion (Moskva, Rusiya) | Arsenal (Moskva, Rusiya) |
Geona (Çeboksarı, Rusiya) | Betis (Qroznı, Rusiya) | VGİK (Moskva Vilayəti, Rusiya) | Yukka (Çeboksarı, Rusiya) |