"Neftçi" yenidən başladı

"Neftçi" yenidən başladı
Futbol
11 Sentyabr 2019 - 01:06
Supersport.Az-ın məlumatına görə, "Neftçi" bir günlük fasilədən sonra dünən bazasında məşqə çıxıb.

Məşqdə milli komandanın düşərgəsindən qayıtmış futbolçulardan Emin Mahmudov da iştirak edib. Millinin digər üzvləri – Səlahət Ağayev, Anton Krivotsyuk və Ömər Buludov bugündən məşqlərə qoşulacaqlar. Müalicəsini başa vurmuş Soni Mustivar isə fərdi hazırlaşıb. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Xatırladaq ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Neftçi" oyununa saat 20:30-da start veriləcək.

Digər xəbərlər